Muslera "Bavariya"ya qarşı oynayacaq?

Muslera "Bavariya"ya qarşı oynayacaq?
DÜNYA FUTBOLU 8 Noyabr 2023 / 13:58 3475
-  A +

"Qalatasaray"ın qapıçısı Fernando Muslera Çempionlar Liqasının qrup mərələsinin 4-cü turunun "Bavariya"ya qarşı oyun üçün iştirak ərizəsində yer alıb.

Qol.az xəbər verir ki, Türkiyə Superliqasının 11-ci turunda "Kasımpaşa"ya qarşı matçda zədələnən uruqvaylı qolkiper dünən komanda ilə məşqlərdə iştirak edib. Onun Münhen təmsilçisinə qarşı oyunda iynə vurduraraq çıxacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər