Ançelotti Arda Gülerə niyə şans vermədi?

Ançelotti Arda Gülerə niyə şans vermədi?
DÜNYA FUTBOLU 6 Noyabr 2023 / 09:27 5362
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 12-ci turunda "Rayo Valyekano"ya qarşı matçda (0:0) Arda Güleri oynatmamasının səbəbi haqda danışıb.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Arda Gülerin meydana çıxması üçün düzgün vaxt olmadı. Bu barədə dünən danışdıq, yaxında oynayacaq".

Qeyd edək ki, zədəsini sağaldan A.Gülerin "Rayo Valyekano"ya qarşı görüşdə rəsmi debüt edəcəyi gözlənilirdi.

Daha çox


Son xəbərlər