"Qalatasaray"ın qapıçısı Fernando Muslera zədələnib.
Qol.az xəbər verir ki, hadisə "sarı-qırmızılılar"ın dünən "Kasımpaşa"ya qarşı evdə keçirdiyi matçda (2:1) baş verib. Uruqvaylı qapıçı 59-cu dəqiqədə aldığı zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.
Matçdan sonra keçirilən mətbuat konfransında "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bildirib ki, qolkiperin durumu rentgen müayinəsindən sonra müəyyənləşəcək: "Əgər dirsəyində önəmli problem olmasa, çətinliyin öhdəsindən gələcəyik. Yox, dirsək ciddi zərər görübsə, bu halda başqa şeylər baş verə bilər".
"Qalatasaray"ın həkimi Yener İnce də Musleranın dirsəyində problem olduğunu, onun durumuna bu gün aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, əgər zədə ciddi olsa, Muslera "Qalatasaray"ın növbəti matçını - noyabrın 8-də "Bavariya"ya qarşı Münhendə keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin oyununu buraxmalı olacaq.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi