Mirça Luçesku Kiyev "Dinamo"sunun baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qol.az xəbər verir ki, 78 yaşlı mütəxəssis bu barədə Ukrayna çempionatının 13-cü turunda səfərdə "Şaxtyor"la 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, məşqçi karyerasını da başa vurduğunu söyləyib:
“Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ili Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən bunu başqa cür bitirmək istərdim, amma hər şey sona çatır. Hər şeyin başlanğıcı və sonu var”.
Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Luçesku üçün "Dinamo" karyerasında ikinci Ukrayna klubu olub. O, 2020-ci ildən Kiyev təmsilçisini çalışdırıb. Mütəxəssis bundan əvvəl Ukrayna “Şaxtyor”unun baş məşqçisi vəzifəsində çalışıb, 2004-2016-cı illərdə kluba rəhbərlik edib. 78 yaşlı mütəxəssis Türkiyə millisi, "İnter", "Zenit", "Qalatasaray" və "Beşiktaş"ı da çalışdırıb. Mirça Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi 35 kuboku var. Bu göstəriciyə görə ondan yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola öndədir.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video