Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi
DÜNYA FUTBOLU 3 Noyabr 2023 / 16:52 1567
-  A +

"Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, Superliqa təmsilçisi Hakan Keleşə tapşırılıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, "Konyaspor" bir neçə gün öncə Aleksandar Stanoyeviçi istefaya göndərib. Hakan Keleş isə son olaraq "Giresunspor"u çalışdırıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner