"Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) və Braziliya millisinin hücumçusu Neymarın yaşıl meydana qayıdacağı təxmini vaxt bəlli olub.
QOL.az xəbər verir ki, bu haqda Braziliyanın "Globo" nəşri məlumat yayıb. Bildirilib ki, noyabrın 2-də 31 yaşlı futbolçunu Braziliya millisinin həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Onun zədəsini sağaltmasının 10 ay çəkəcəyi bildirilib. Bu o deməkdir ki, Neymar bir də ən yaxşı halda 2024-cü ilin avqust ayında komandasına kömək edə biləcək.
Xatırladaq ki, Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvarda sol dizində çarpaz bağın qırılması və menisk yırtığı diaqnozu qoyulub. Əvvəlcə onun bərpa dövrünün altı aydan çox çəkəcəyi bildirilmişdi.
Bu yay hücumçu PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. O, komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video