"Təəssüf ki, De Byazi ilə müqavilə 3 dəfə uzadıldı. Onun haqqında lap əvvəldən demişəm ki, yığmanı çalışdırmamalıdır”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.
Millimizin sabiq üzvü Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində ötən gün Bakıda Avstriyaya uduzduğu (0:1) görüşlə bağlı danışıb. O, millinin italiyalı çalışdırıcısı Canni De Byazinin oyuna müdaxilə edə bilmədiyini, lazımsız qərarlar verdiyini bildirib:
“Dünənki oyunda millimiz uduzur, baş məşqçi 3 mərkəz müdafiəçisini sona qədər meydanda saxlayır. Bunun nə mənası var? 0:1 uduzma, 0:2 uduz. Qorxaq baş məşqçinin oyunu belə olur. Düşünür ki, 4 top buraxmayaq”.

Bəxtiyar Musayev
B.Musayev qeyd edib ki, millimizin hazırkı heyəti yaxşı olsa da, futbolçuları bir komanda şəklində oynadan mütəxəssisə ehtiyac var: “Millimizdə rəqabətə davamlı heyət var. “Qarabağ”ın bir neçə üzvü millidə oynayır ki, onların böyük beynəlxalq oyun təcrübəsinə malikdir. Bu uşaqlarla bir xeyli irəliləyişə nail olmaq olardı. Demirəm ki, qrupdan çıxmaq mümkün idi. Amma layiqli mübarizə aparmaq, reytinq xalını artırmaq olardı. Təəssüflər olsun ki, bu cür bərbad baş məşqçi ilə davam edirik. De Byazi istər oyunçu seçimində, istər taktiki gedişlərdə, istərsə də oyuna müdaxiləsində bitmiş məşqçidir. Millidə çox yaxşı futbolçular yığılıb. Həm gənc, həm də fiziki gücü olan heyət var. Hamısı təcrübəlidir. Təəssüflər olsun ki, belə heyətin bu cür baş məşqçisi var. Bərbad baş məşqçi imkan vermədi ki, millimiz bu cür heyətlə nəsə sevindirici bir oyun göstərsin.
Futbolçular öz fərdi keyfiyyətləri ilə nə bacarırlarsa, onu edirlər. Amma oyuna baxanda məşqçi işi də görünməlidir. Biz bunu görmürük.
De Byazinin bərbad əvəzetmələri yaxşı nəticəyə imkan vermir. Onun fikri odur ki, komanda çox qol buraxmasın. Sonra da bu haqda danışır ki, filan qədər oyun keçirdik və cəmi bu qədər top buraxdıq. Yəni bu adamın fikri ancaq az top buraxmaq, qorxaq futbol oynatmaqdır”.
B.Musayev Canni De Byazinin oyunlardan sonra ona qarşı səsləndirilən tənqidləri qəbul etməməsi ilə bağlı da danışıb: “Əvvəl hiss edirdi ki, bununla müqavilə imzalamaq mümkündür. Ona görə də seçmə mərhələnin sonuna yaxın jurnalistlərlə təbəssümlə danışırdı. Amma indi görür ki, artıq şansı yoxdur. Onu bu vəzifəyə seçənlər də əleyhinə çıxış etməyə başlayıblar. Bunu aylar öncə hiss edib. İndi ona görə belə aqressiya ilə danışır. İnsan səhvini qəbul etməlidir. Səhvsiz insan yoxdur. Bu isə bəhanələr gətirir, keçmişdən danışır. Biz keçmişlə yaşamamalıyıq. Durub yerində saymalı deyilsən axı. Bu adam hər dəfə rəqibin gücündən danışır, müxtəlif bəhanələr uydurur. Onda “Qarabağ” da “Nant”la, “Olimpiakos”la oyuna çıxanda əlini-qolunu sallasın, desin ki, onların büdcəsi bizdən çox artıqdır, futbolçularının qiymətləri 50 milyondur”.
Yerli məşqçinin milliyə daha çox fayda verəcəyini düşünən Musayev De Byazini vaxt itirmədən vəzifəsindən göndərmək lazım olduğunu bildirib:
“Onu dərhal qovmaq lazımdır ki, dünya futbolu da bu qocadan canını qurtarsın. Hər bir yerli məşqçimiz bundan çox yaxşı nəticə qazanar. Amma qarşımıza daha böyük məqsədlər qoymaq, inkişaf etmək istəyiriksə, düşünüb yaxşı bir məşqçi ilə işə başlamaq lazımdır. Mən istəyərəm ki, elə indi De Byazini göndərsinlər və CV-sinə yazılsın ki, qovuldu. Bununla da dünya futbolu da belə bərbad məşqçidən canını qurtarsın”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi