"Düzdür, Bakıda ilk hissəni pis oynamışdıq, amma ikinci hissədə daha yaxşı idik. Həmin matçda ləng idik və bilmirəm bu niyə belə oldu".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində sabah səfərdə Estoniya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis qeyd edib ki, seçmə mərhələyə uğursuz başlasalar da, hazırda komandası yaxşı durumdadır: "Bu il 13 oyun keçirmişik. 6 qələbə qazanmışıq, 5 məğlubiyyətimiz var. Seçmə mərhələnin startı bizim üçün çox pis alınmışdı. Avstriya və İsveçə böyük hesabla uduzmuşduq. Amma sonrakı matçlarda pis oynamadıq. Heç bir məşqçi oyundan öncə deməz ki, biz uduzmaq istəyirik. Sabah ağıllı oynamaq istəyirik. Problem budur ki, top bizdə olsa da, qol vura bilmirik. Bunu həll etməliyik".
De Byazi sabahkı oyunda heyət seçimi ilə bağlı bunları deyib: "Bizim komandada ən çox qol vuran oyunçu Emin Mahmudovdur. O, 10 dəfə fərqlənib. Ramil Şeydayev 5 dəfə fərqlənib. Saydığınız oyunçular hamısı bizim üçün vacib futbolçulardır. Hücumameyilli oyunçular çoxdur və hamısı lazımlıdır".
Baş məşqçi Azərbaycan yığmasının 4 oyuna cəmi 1 xal toplamasına və Qazaxıstan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə üçün mübarizə aparması ilə bağlı suala sualla cavab verib: "Qazaxıstanın yer aldığı qrupdakı Danimarka və Finlandiya bizim qrupdakı komandalardan güclüdür? Kim kimdən güclüdürsə, sabah meydan göstərəcək. Əgər biz qrupdan möcüzə gözləyiriksə, rəqiblərimizə baxmalıyıq. Onların heyətindəki futbolçuları görməliyik. Azərbaycan çempionatından nə qədər çox oyunçu çağıra bilərik? Məsələn, Emil Səfərov var “Qəbələ”də, onu izləyirik. Digər oyunçulara baxırıq. Azərbaycan çempionatı diqqətimizdədir. Bütün oyunlarda olmağa çalışırıq. Amma biz evi bir gündə tikə bilmərik. Bunun üçün zaman lazımdır".
De Byazi "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevi milliyə çağırmamasından qısa danışıb: "Bu gün Bədavi və Bəhlul zədəlidir. Əlimizdə olan futbolçulardan istifadə edəcəyik. Əgər hansısa oyunçu yığmaya çağırılmırsa, deməli səbəbi var".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi