"Qələbə qazanmaq üçün hər şey edəcəyik" - Emin Mahmudov

"Qələbə qazanmaq üçün hər şey edəcəyik" - Emin Mahmudov
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2023 / 19:20 2633
-  A +

"Sabah çox vacib matça çıxacağıq. Qələbə qazanmaq, aqressiv oyun göstərmək və evə yaxşı nəticə ilə qayıtmaq istəyirik".

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində sabah Estoniya ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi 3 xal üçün maksimum güc sərf edəcəklərini bildirib: "Çətin olsa da, bunun çox vacib oyun olduğunu başa düşürük. Qələbə qazanmaq üçün hər şey edəcəyik".

Qeyd edək ki, sabah Tallində keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner