“Araz Saatlı”nın yeni baş məşqçisinin adı dəqiqləşib.
Qol.az xəbər verir ki, 1-ci liqa təmsilçisini Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalanıb.
Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. Quliyev İranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb.
UEFA A kateqoriyalı mütəxəssis, baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illərdə “Ağsu”ilə 1-ci divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yeri tutub.
Qeyd edək ki, "Araz Saatlı" bu mövsüm keçirdiyi 4 oyunun hamısında uduzub. Qapsından 20 top buraxan komanda 1 qol belə vura bilməyib.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı