"Bu, çox yaxşı haldır. Artıq heç bir baş məşqçinin bəhanəsi olmayacaq".
Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş üzvü Vaqif Cavadov deyib. O, yığmanın Avro-2024-ün seçmə mərhələsində Estoniya və Avstriyaya qarşı keçirəcəyi matçlar üçün açıqlanan heyəti haqda danışıb.
Xəbər verdiyimiz kimi, 26 oyunçudan ibarət heyətdə 10 nəfər legioner həyatı yaşayan oyunçu yer alıb: Şahrudin Məhəmmədəliyev (qapıçı, "Adana Demirspor" Türkiyə), Bəxtiyar Həsənalızadə (müdafiəçi, "Tuzlaspor" Türkiyə), Cəlal Hüseynov (müdafiəçi, "Arda" Bolqarıstan), Anton Krivotsyuk (müdafiəçi, "Daejon Hana", Cənubi Koreya), Coşqun Diniyev (yarımmüdafiəçi, "Ümraniyespor" Türkiyə), Ozan Can Kökçü (yarımmüdafiəçi, "Eyndhoven" Niderland), Mahir Emreli (hücumçu, "Dinamo" Zaqreb, Xorvatiya), Musa Qurbanlı (hücumçu, "Yurqorden" İsveç), Ramil Şeydayev (hücumçu, "Buriram Yunayted" Tailand), Renat Dadaşov (hücumçu, "Hatayspor", Türkiyə).
Komandanın hücum xəttindəki futbolçuların hamısı müxtəlif xarici klublarda çıxış edirlər. V.Cavadov bunu xoş hal və inkişaf kimi dəyərləndirib: "Əvəllər yığmada legioner həyatı yaşayan bir-iki futbolçu olurdu. Amma indi millinin heyətinə baxırsan, görürsən ki, on futbolçumuz xaricdə oynayır, əsas heyətdə yer alırlar. Buna görə də baş məşqçinin bəhanəsi olmamalıdır. Bizim dövrümüzdə deyirdik ki, bizdə legioner həyatı yaşayan oyunçu yoxdur, əcnəbiləri milliləşdirək. Amma indi belə deyil. Ona yaxın futbolçunun demək olar ki, heç biri legioner deyil. Təkcə Ozan Can Kökçü var. Bəhanəyə ehtiyac yoxdur".
V.Cavadov Azərbaycan yığmasının Estoniya və Avstriyaya qarşı keçirəcəyi oyunlar haqda isə bunları bildirib: "Millimizə uğurlar arzulayıram. Mən həmişə yığmadan qələbə gözləyirəm. Rəqiblər çox güclü olmasa belə, bizim keçmiş oyunlarımız onu göstərdi ki, nəticə baxımından çox aşağı səviyyədəyik. Amma inanıram ki, xallar qazanacağıq. Milli cəmi 1 xalı toplayıb. Son illərdə yığma nə vaxt belə nəticə göstərib, xatırlamıram. Futboldur, hər şey ola bilər. Lakin millimizə inamım çoxdur".
Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi