"Sumqayıt"ın məşqçisi: "Səviyyə fərqi özünü göstərdi”

"Sumqayıt"ın məşqçisi: "Səviyyə fərqi özünü göstərdi”
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2023 / 22:21 3114
-  A +

“Oyun haqqında danışılası çox söz yoxdur. “Qarabağ”ı təbrik edirəm. Avroliqa oyunlarında komandaya uğurlar arzulayıram”.

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Misli Premyer Liqasının 8-ci turunda səfərdə “Qarabağ”a uduzduqları oyundan sonra deyib.

O, 0:5 hesablı məğlubiyyəti belə şərh edib: “Rəqibin gücünü bilirdik. “Qarabağ” Avropada adından söz etdirən komandadır. Uşaqlar bu gün əllərindən gələni etdilər. Lakin səviyyə fərqi özünü göstərdi”.

Mütəxəssis komandasının səhvlərini də qeyd edib: “Təbii ki, bu cür uduzacağımızı gözləmirdik. Səhvlərimiz oldu. Onların üzərində işləyəcəyik. “Qarabağ”a qarşı hansı heyətlə oynayırsan, oyna, yenə də çətin olacaq”.

S.Rəhimov qapıda dəyişiklik etməmələri barədə sualı belə cavablandırıb: “Vaxtı çatanda Orxan Sadıqlı da şans qazanacaq”.

“Sumqayıt”ın məşqçisi gələcəyi nikbin baxdıqlarını vurğulayıb: “Bu oyunu yaddan çıxarıb, növbəti matçlara hazrlaşmalıyıq. Bu gün ikinci hissədə bəzi hücumlarımız oldu. Az da olsa bu məqam gələcək oyunlara nikbin baxmağa əsas verir”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner