“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.
Qol.az xəbər verir ki, o, uğur qazanmaq üçün bütün güclərini səfərbər edəcəklərini deyib: “Türkiyənin ən güclü klublarından biri ilə bizi çətin oyun gözləyir. Azarkeşlər əmin ola bilərlər ki, sabah meydanda bütün gücümüzü səfərbər etməyə hazırıq. "3 gündən bir oynamağa hazır deyilik" dediyim zaman fiziki durumu da nəzərə alırdım. Komandanın gücü yüksək səviyyədə olmalıdır ki, 3 gündür bir oyuna çıxsın. “Kəpəz”lə oyunda futbolçularım çalışdılar ki, güclərini səfərbər etsinlər. Qələbə qazanmalıydıq. Heç bir fikir qələbə qazanmamaqla bağlı ümumi durumu ört-basdır edə bilməz".
O, transfer işlərindən də söz açıb: "Müdafiənin sağ cinahı üçün artıq transfer etmişik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Onların transferini gerçəkləşdirmək üçün çalışmaları davam etdiririk. Çalışacağıq ki, hər mövqedə rəqabət olsun. Bu, komandanın xeyrinə olacaq. Heyətdə 4 yerli futbolçu olmalıdır, limit var. Kənardan proqnozlaşdırılmış kollektiv kimi görünməyimizi istəmirəm".
"Neftçi"nin çalışdırıcısı hücumçu transferində gecikdiklərini etiraf edib: "Hücum xətti üçün transferlərə gecikirik, doğrudur. Çətinliklər olsa da, danışıqlar gedir. İstəyimiz düzgün seçim etməkdir".
"Neftçi"nin baş məşqçisi rəqibi yaxşı tanıdıqlarını vurğulayıb: "Məncə, biz “Beşiktaş”ın necə komanda olduğunu bilirik. Məşqçilərini tanıyırıq. Onlar Türkiyənin, biz isə Azərbaycanın güclü klubuyuq. Avrokuboklarda belə komandaların qarşılaşmaları çox olur".
Mutu azarkeşlərə də səslənib: "Hər bir oyunda alınan məğlubiyyət təzyiq yaradır. Azarkeşlər də başa düşməlidirlər ki, hazırda biz güclü kollektiv qurmağa çalışırıq. Transferlərdə gecikmələr olur, razıyam. Zədəli oyunçular var. Hamıdan səbirli olmağı istəyirəm. Daha güclü “Neftçi” quracağıq. Fanatlarımızın bizdən gözləntiləri çoxdur. Lakin realist olmalıyıq. Sabahkı görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. “Neftçi” indi yenidən qurulur. İstəyimiz qələbə qazanmaqdır, lakin səbirli olmaqda fayda var. Rumıniya çempionatından “Neftçi”yə 2 futbolçu gətirmişik. Mənə görə əsas buraya gələn futbolçunun “Neftçi” üçün faydalı olmasıdır".
Mutu Qurban Qurbanov və Murad Musayevlə rəqabətlə bağlı sualı belə cavablandırıb: "Bu, mənim üçün o qədər də önəmli deyil. Əsas məsələ Azərbaycan adına uğurun qazanılmasıdır. Avropada uğurlu olmaq istəyiriksə, dincəlməyə də vaxt ayırmalıyıq".
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı