“Bugünkü qələbə münasibəti ilə komandamı təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Səfərdə oynamağımızı hiss elətdirmədilər”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, qarşılaşmanın komandası üçün heç də asan keçmədiyini bildirib: “Çətin oyun alındı. Belə olacağını gözləyirdik. Zamana ehtiyac var. Rəqib də çətinlik yaradırdı. Çünki heyətlərində xeyli yeni futbolçular var, onları tanımırdıq. İlk 20 dəqiqədə çətinliklə üzləşdik. Bunda küləyin də təsiri var idi. Hesabı açdıqdan sonra daha rahat oynadıq. Oyundan oyuna artıracağıq. Bugünkü 3 xal bizim üçün çox vacib idi”.
Abbasov matçın yerinin bir neçə gün əvvəl dəyişdirilməsində problem görmədiyini bildirib: “İstərdik ki, ilk oyunda evdə oynayaq. Lakin rəhbərliyimiz böyük işlər görür və buna görə çətinliyə dözmək olar. Qəbələdən sonra Tovuzda da işıqlandırma sistemi olacaq. Gələcəkdə öz meydanımızda, axşam saatlarında rahat oynayacağıq, azarkeşlər üçün də rahatçılıq olacaq. Əsas odur ki, bu gün səfər oyunundan maksimum istifadə etdik”.
O, növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri matça da toxunub: “Avrokuboklarda çıxış edən klublarımızın heyəti genişdir. İstəyirəm ki, komandam bütün rəqiblərə qarşı layiqli mübarizə aparsın. “Qarabağ”la matça da ciddi hazırlaşacağıq”.
Mütəxəssis “Araz-Naxçıvan”la matça passiv başlamalarının səbəbini belə izah edib: “Deməzdim ki, komandam meydana arxayın çıxmışdı. Rəqibin heyətində yaxşı futbolçular var. Heyətlərinə keyfiyyətli legionerləri qatıblar. Matçın startında fərdi səhvlərimiz var idi. Üstəlik, küləyin də təsiri var idi. Bütün bunlar normaldır. Əsas odur ki, komandam düzgün oynadı. Matçın əvvəlində qol buraxsaydıq, işimiz çətin olardı”.
Abbasov komandasının bir qədər vaxta ehtiyac duyduğunu söyləyib: “Yoldaşlıq oyunları ilə müqayisədə çempionat matçları fərqli atmosferdə keçir. İlk turlar çətin alınır. Heyətimiz fərqlidi, yeni oyunçular var. Futbolçuların uyğunlaşması bizim üçün vacibdir. Komandamın potensialına bələdəm. İnanıram ki, yaxşı olacaq. Yaxşı kollektivimiz var, sağlam rəqabət mövcuddur. Heyətimiz genişdir, lakin rəqiblərin heyəti bizdən də genişdir. Biz 1 transfer edəndə rəqiblər 3-4 transfer edib. Hamı 4 dövrəni fikirləşir. Sona kimi mübarizə gedəcək”.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi