Millimizin sabiq baş məşqçisi Çexiya klubunda

Millimizin sabiq baş məşqçisi Çexiya klubunda
XƏBƏR 2 Avqust 2023 / 10:54 2017
-  A +

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, braziliyalı mütəxəssis Çexiyanın “Xrudim” komandasını çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. O, paralel olaraq  “Araz-Naxçıvan”ı da çalışdırıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner