"Bu gün burada olmağımıza görə şadıq. Bu, iki eyni gücə malik komandanın qarşıdurmasıdır. Həm “Qarabağ”, həm də “Rakov” özünəməxsus oyun stilinə malikdir”.
Qol.az xəbər verir ki, bu sözləri “Rakov”un baş məşqçisi David Şvarqa sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri qarşılaşma barədə danışarkən deyib.
33 yaşlı məşqçi oyunöncəsi mətbuat konfransında sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib: “İlk matçda “Qarabağ”ı daha yaxından tanıdıq. Rəqibin potensialını bildik. Cavab görüşünə yetərincə hazırlaşmışıq və sabah "Rakov"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik".
O, Bakıya qələbə üçün gəldiklərini söyləyib: “Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, ilk matçda bir qol fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda da qələbə qazanmağa çalışacağıq”.
Şvarqa oyunsonrası penaltilər seriyasına hazırlaşmaları barədə sualı belə cavablandırıb: “Çempionlar Liqasındanın bütün mərhələlərində olduğu kimi, sabahkı matç üçün penaltilər seriyasına hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə, bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan çox şey asılıdır”.
Şvarqa ilk oyundan sonra səsləndirdiyi “Üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum" fikrinə belə münasibət bildirib: “Bu, mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım”.
“Rakov”un çalışdırıcısı “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin ilk oyunda səhvə yol verməsinin onlar üçün psixoloji üstünlük olub-olmaması barədə da danışıb: “Bu, bizimlə əlaqəli deyil. Bizim üçün problem yoxdur. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də, əsas diqqətimizi buna yox, öz oyunumuza yönəldirik”.
Polşalı məşqçi ötən il “Qarabağ”ın digər Polşa təmsilçisi “Lex”ə qarşı keçirdiyi matçı izlədiyini qeyd edib: “Qarabağ”ın digər oyunlarını da analiz etmişik, o cümlədən də keçənilki “Lex”lə matçı. Lakin "Lex"in keçən ildəki vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakov" tam fərqli gücə, oyun stilinə malikdirlər. Sabahkı matçda bu kimi məsələ bizim oyunumuza təsir göstərməyəcək”.
O, rəqibi analiz edərkən hansı məqamlara daha çox diqqət ayırması barədə danışmaq istəməyib: “Oyundan öncə bu analizləri açıqlamaq düzgün olmazdı. Bu barədə məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq və düşünmürəm ki, fiziki cəhətdən hansısa çatışmazlığımız olsun. Bu baxımdan problem yaşanmamalıdır”.
Şvarqa təzyiq altında oynamağa öyrəşdiklərini söyləyib: “Keçən il "Slaviya" ilə oyundan öncə də təzyiq var idi. Bu cür çətin oyunları daha əvvəl də oynamışıq. Belə matçların necə alındığını bilirik. Təzyiqə də hazırıq”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri