Əvvəlcədən nəzərdə tutulduğu kimi 31 iyul tarixdə Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.
Qol.az "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:
1. Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilsin.
2. Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi keçirilsin.
3. Azərbaycan Premyer Liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.
Həmçinin məlumatda o da bildirilib ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.
* * *
Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.
Qol.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda olacaq.
Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17:00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi