"Qarabağ"ın daha bir müdafiəçisi zədələndi

"Qarabağ"ın daha bir müdafiəçisi zədələndi
XƏBƏR 26 İyul 2023 / 23:55 3554
-  A +

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

Qol.az xəbər verir ki, cinah müdafiəçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən Polşa "Rakov"u ilə ilk oyunda sıradan çıxıb. Əzələsi dartlan 22 yaşlı müdafiəçi 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Onun durumu tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

Xatırladaq ki, "Qarabağ"ın digər cinah müdafiəçisi Marko Veşoviç də zədəlidir. O, ən azı 3-4 həftə meydana çıxa bilməyəcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner