Valbuenanın yeni klubu bilindi

Valbuenanın yeni klubu bilindi
DÜNYA FUTBOLU 26 İyul 2023 / 12:58 3446
-  A +

Fransa millisinin sabiq üzvü Matye Valbuenanın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Kiprin "Apollon" klubuna keçib. Klubun rəsmi saytı onunla 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Valbuenanın son klubu Yunanıstan təmsilçisi “Olimpiakos” olub. O, “Lion”, “Dinamo” (Moskva), "Fənərbaxça" və “Marsel” kimi klubarda da çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner