Lukaku "Yuventus"a keçir

Lukaku "Yuventus"a keçir
DÜNYA FUTBOLU 16 İyul 2023 / 18:29 2760
-  A +

"Yuventus" Romelu Lukakunu transfer etməyə yaxındır.

Qol.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi belçikalı futbolçu ilə üç illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. O, yeni klubunda ilinə 8 milyon avro qazanacaq.

"Yuventus"  “Çelsi”yə 30 yaşlı oyunçu üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcək. 

Lukaku ötən mövsüm "İnter"də icarə əsasında çıxış edib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner