Van der Sarın beyninə qan sızdı

Van der Sarın beyninə qan sızdı
DÜNYA FUTBOLU 7 İyul 2023 / 21:09 2326
-  A +

Edvin Van der Sar beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib.

Qol.az "Ayaks"ın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, qanaxma bu gün səhər saatlarında baş verib.

“Ayaks”, “Mançester Yunayted ” və Niderland millisinin keçmiş qapıçısı hazırda reanimasiya şöbəsindədir. Van der Sarın vəziyyətinin stabil olduğu bildirilir.

Van der Sar mayın sonunda "Ayaks"ın baş direktoru vəzifəsini tərk edib. 


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner