"Yuventus" ötən mövsüm qol vurmayan hücumçu alır

"Yuventus" ötən mövsüm qol vurmayan hücumçu alır
DÜNYA FUTBOLU 28 İyun 2023 / 13:01 2680
-  A +

"Lill"in hücumçusu Timoti Vea tezliklə "Yuventus"a keçəcək.

Qol.az insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 24 saat ərzində 23 yaşlı oyunçu tibbi müayinədən keçəcək və Turin klubu ilə müqavilə imzalayacaq.

"Yuventus" futbolçunun transferi üçün "Lill"ə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, T.Vea ötən mövsüm Fransa təmsilçisi ilə 32 oyuna çıxıb, qol vurmayıb, 2 qol ötürməsi verib.


Son xəbərlər