Mateo Kovaçiç "Mançester Siti"də

Mateo Kovaçiç "Mançester Siti"də
DÜNYA FUTBOLU 27 İyun 2023 / 21:25 2825
-  A +

"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" "Çelsi"dən Mateo Kovaçiçi heyətinə cəlb edib.

Xorvatiya millisinin yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Mançester Siti" London klubuna 30 milyon avro ödəyib.

Qeyd edək ki. 29 yaşlı futbolçu 2019-cu ildən "Çelsi"də çıxış edirdi.


Son xəbərlər