"Əl-Nəsr" Qrizmannın agenti ilə görüşdü

"Əl-Nəsr" Qrizmannın agenti ilə görüşdü
DÜNYA FUTBOLU 24 İyun 2023 / 22:04 1287
-  A +

"Atletiko"nun futbolçusu Antuan Qrizmann "Əl-Nəsr"in diqqətini çəkib.

Qol.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi olan fransalı hücumçunu almaq imkanlarını araşdırır .

Bununla bağlı klub nümayəndələri artıq Londonda 32 yaşlı oyunçunun agenti ilə görüşüblər.

Qeyd edək ki, Qrizmann La Liqada ötən mövsümü 15 qol və 16 qol ötürməsi ilə başa vurub. 


Son xəbərlər