Messinin 1-ci, Ronaldonun 2-ci olduğu siyahı

Messinin 1-ci, Ronaldonun 2-ci olduğu siyahı
DÜNYA FUTBOLU 24 İyun 2023 / 18:49 4636
-  A +

"İnter Mayami"nin futbolçusu Lionel Messi Transfermarkt-ın 36 yaşdan yuxarı ən bahalı oyunçular siyahısına başçılıq edir.

Qol.az xəbər verir ki, argentinalı hücumçusu 45 milyon avro dəyərində qiymətləndirilir.  2-ci yerdə -"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo (15 milyon) qərarlaşıb.

İlk 5-lik aşağıdakı kimidir:

1. Lionel Messi ("İnter Mayami") - 45 milyon avro

2. Kriştiano Ronaldo ("Əl-Nəsr") - 15 milyon

3. Luka Modriç ("Real") - 10 milyon 

4. Manuel Noyer (“Bavariya”) – 7 milyon

5. Serxio Ramos (hazırda klubsuzdur) - 6 milyon

Qeyd edək ki, Messinin bu gün 36 yaşı tamam olur.


Son xəbərlər