"Mançester Yunayted" 18 yaşlı futbolçuya 7 nömrəli formanı verə bilər

"Mançester Yunayted" 18 yaşlı futbolçuya 7 nömrəli formanı verə bilər
DÜNYA FUTBOLU 24 İyun 2023 / 17:20 2053
-  A +

“Mançester Yunayted” futbolçusu Qarnaçoya 7 nömrəli formanı verə bilər.

Qol.az "Manchester Evening News"a istinadən xəbər verir ki, Mançester klubu belə bir ehtimalı nəzərdən keçirir.

Noyabr ayında Kriştiano Ronaldonun gedişindən sonra 7 nömrə boşdur. 18 yaşlı Qarnaço hazırda 49 nömrə geyinir.

Qeyd edək ki, argentinalı futbolçu İngiltərə Premyer Liqasında başa çatan mövsümün 19 matçında  3 qol vurub və 2 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner