"Barselona" İlkayın transferini nə vaxt açıqlayacaq?

"Barselona" İlkayın transferini nə vaxt açıqlayacaq?
DÜNYA FUTBOLU 24 İyun 2023 / 16:44 1955
-  A +

"Barselona" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı transfer etdiyini iyunun 28-i açıqlayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Türkəsilli almaniyalı yarımmüdafiəçinin 2+1 illik müqavilə imzalanacağın vurğulanıb. O, yeni klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, İ.Gündoğanın Mançester təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.


Son xəbərlər