İraqlı futbolçu "Mançester Yunayted"dən ayrıldı

İraqlı futbolçu "Mançester Yunayted"dən ayrıldı
DÜNYA FUTBOLU 23 İyun 2023 / 00:24 3216
-  A +

İraq millisinin üzvü Zidan İkbal "Mançester Yunayted"dən ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında yazıb.

Tanınmış insayder Fabrizio Romanonun sözlərinə görə, futbolçu 1 milyon avro qarşılığında Niderlandın "Utrext" klubuna keçəcək.

Z. İkbal “qırmızı şeytanlar”ın yetirməsidir. 20 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündən komandanın siyahısında olsa da, heç vaxt “Mançester Yunayted”in əsas komandasında oynamayıb.


Son xəbərlər