Messi Mbappeyə hansı kluba keçməyi məsləhət görüb?

Messi Mbappeyə hansı kluba keçməyi məsləhət görüb?
DÜNYA FUTBOLU 22 İyun 2023 / 16:38 6898
-  A +

Argentinalı futbolçu Lionel Messi PSJ-nin hücumçusu Kilian Mbappeyə "Real"a keçməyi məsləhət görüb.

Qol.az "Defensa Central"a istinadən xəbər verir ki, o, Paris təmsilçisini tərk etməzdən əvvəl bununla bağlı fransalı oyunçuya bildirib: “Mən Barselona"ya getməyi üstün tuturam. Amma "Real"a getmək istəyirsənsə, o zaman bunu et. Həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qazanacaqsan".

2022/23 mövsümündə Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 qolun ötürməsini verib.

Qeyd edək ki, Messi bu yay "İnter Mayami"yə transfer olunub.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner