"Fənərbaxça" Edin Cekonun transferini açıqladı

"Fənərbaxça"  Edin Cekonun transferini açıqladı
DÜNYA FUTBOLU 22 İyun 2023 / 09:15 4160
-  A +

"Fənərbaxça" "İnter"in futbolçusu Edin Cekonu transfer edir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gedəcəyi vurğulanıb.

Bosniyalı oyunçunun "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, E.Cekonun "İnter"lə müqaviləsi iyunun 30-u başa çatır. O, yeni klubuna azad agent kimi keçəcək.

Xatırladaq ki, 2022/23 mövsümündə Edin Ceko "İnter"in heyətində 52 oyuna çıxıb və 14 qol vurub. 


Son xəbərlər