Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü

Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü
DÜNYA FUTBOLU 21 İyun 2023 / 12:12 4623
-  A +

Portuqaliya millisinin kapitanı Ktriştiano Ronaldo Ginnesin Rekordlar Kitabıda düşüb.

Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu milli komanda ilə 200-cü matça çıxaraq buna nail olub.

O, Avro-2024-ün seçmə mərhələsində İslandiya ilə səfər matçında start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Portuqaliyanın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə qələbə qolunu da 89-ciu dəqiqədə Ronaldo vurub.

Millidə 200-cü matçına çıxması ilə əlaqədar oyundan əvvəl Ronaldoya "Ginnesin Rekordlar Kitabı"da düşməsinə aid diplom təqdim olunub.


Son xəbərlər