“Qalatasaray”dan ayrılıb bu kluba keçdi

“Qalatasaray”dan ayrılıb bu kluba keçdi
DÜNYA FUTBOLU 20 İyun 2023 / 17:20 4335
-  A +

“Qalatasaray”dan ayrılan qapıçı Okan Koçukun yeni komandası müəyyənləşib.

Qol.az xəbər verir ki, 27 yaşlı qolkiper Superliqaya yeni vəsiqə qazanan “Samsunspor”la müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik sözləşməyə imza atıblar.

Qeyd edək ki, Okan 2019-cu ilin yayından oynadığı “Qalatasaray”da 29 matça çıxıb. O, “İstanbulspor”, “Girəsunspor”, “Bursaspor” və “Bandırmaspor” kimi klublarda da çıxış edib.


Son xəbərlər