Rövlan Muradov müqaviləsini yeniləmədi

Rövlan Muradov müqaviləsini yeniləmədi
DÜNYA FUTBOLU 20 İyun 2023 / 11:56 1993
-  A +

"Qəbələ” futbolçusu Rövlan Muradovla yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, onunla başa çatan müqavilənin müddəti yenilənməyib.

25 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında özü klubdan ayrıldığını, karyerasında yeni uğurlara çatmaq üçün bu qərarı verdiyini bildirib.

"Qəbələ" Felipe Santosla vidalaşdığı ilə bağlı da açıqlama yayıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub.

Qeyd edək ki, "Qəbələ bundan əvvəl  Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijakla yolları ayırıb.


Son xəbərlər