Qvardiola: "Mbappe? Onun hara getmək istədiyini bilirsiniz"

Qvardiola: "Mbappe? Onun hara getmək istədiyini bilirsiniz"
DÜNYA FUTBOLU 19 İyun 2023 / 23:00 4544
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Kilian Mbappenin İngilətərə klubuna keçmək ehtimalına münasibət bildirib.

Qol.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusu ilə bağlı deyib: "Biz Kilian Mbappe ilə müqavilə bağlamayacağıq, o, "Mançester Siti"yə keçməyəcək. Hamınız onun hara getmək istədiyini bilirsiniz".

2022/23 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 43 matçda 41 qol vurub və 9 qolun ötürməsini verib.

Xatırladırıq ki, daha əvvəl futbolçu növbəti mövsümdə PSJ-də qalacağını, gələcəyinə yalnız 2024-cü ildə qərar verəcəyini bildirmişdi.


Son xəbərlər