"Bornmut"da yeni baş məşqçi

"Bornmut"da yeni baş məşqçi
DÜNYA FUTBOLU 19 İyun 2023 / 20:51 1352
-  A +

"Bornmut"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Andoni İraola təyin edilib. O, bu gün istefaya göndərilən  Qari O'Nili əvəzləyib. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022/23 mövsümündə "Bornmut" İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vurub və elitada qalıb.

Xatırladaq ki, A.İraolanın son klubu "Rayo Valyekano" olub.


Son xəbərlər