İlkay Gündoğan: "Qərarımı hələ verməmişəm"

İlkay Gündoğan: "Qərarımı hələ verməmişəm"
DÜNYA FUTBOLU 19 İyun 2023 / 18:51 2156
-  A +

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan növbəti mövsümü harada oynayacağını hələ bilmədiyini etiraf edib.

Qol.az  insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib: “Qərar hələ verilməyib, mən seçim prosesindəyəm. Bundesliqaya qayıtmaq planlarımda deyil".

Qeyd edək ki, İ. Gündoğanın "Mançester Siti" ilə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. 2022/2023 mövsümündə türkəsilli almaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında  31 oyuna çıxıb, 8 qol vurub və 4 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner