"Seltik"də yenidən Rocers dövrü

"Seltik"də yenidən Rocers dövrü
DÜNYA FUTBOLU 19 İyun 2023 / 15:48 1439
-  A +

Şotlandiya çempionu "Seltik"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Brendan Rocers təyin edilib. Şimali irlandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rocers 2016-2019-cu illərdə də "Seltik"in baş məşqçisi olub. Son klubu "Lester" olan mütəxəssis "Liverpul", "Suonsi Siti" və "Uotford"u da çalışdırıb.


Son xəbərlər