ABŞ millisi çempion oldu

ABŞ millisi çempion oldu
DÜNYA FUTBOLU 19 İyun 2023 / 10:56 2355
-  A +

KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.

Qol.az xəbər verir ki, final matçıda ABŞ və Kanada yığmaları üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən ABŞ millisi turnirin qalibi olub.

Kanada - ABŞ - 0:2

Qollar: Kris Riçards, 12, Folarin Balaqun, 34

Panamaya 1:0 hesabı ilə qalib gələn Meksika isə bürünc medalları qazanıb.

Xatırladaq ki, KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ yığması olub.


Son xəbərlər