Azarkeşlər Musialanı seçdi

Azarkeşlər Musialanı seçdi
DÜNYA FUTBOLU 18 İyun 2023 / 21:29 1500
-  A +

"Bavariya"da may ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, klubun saytına azarkeşlər arasında keçirilən səsvermədə Camal Musiala 1-ci olub. 20 yaşlı yarımmüdafiəçiyə azarkeşlərin 71 faizi səs verib. O, hücumçular Serj Qnabri (9 faiz) və Tomas Mülleri (5 faiz) qabaqlayıb.

May ayında Musiala 4 Bundesliqa oyununda meydana çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.

Musialanın "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.


Son xəbərlər