120+8-ci dəqiqədə qol vurub La Liqaya yüksəldilər

120+8-ci dəqiqədə qol vurub La Liqaya yüksəldilər
DÜNYA FUTBOLU 18 İyun 2023 / 09:32 6296
-  A +

İspaniya La Liqasına vəsiqə üçün sonuncu pley-off oyunu keçirilib.

Qol.az xəbər verir ki, "Levante" "Alaves"i qəbul edib. Oyunun əsas vaxtı qolsuz başa çatıb. Komandalar arasında ilk oyun da 0:0 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb.

Görüşün 120+8-ci dəqiqəsində "Alaves" penalti hüququ qazanıb. Aser Vilyarible zərbəni dəqiq yerinə yetirib və "Alaves" 1:0 hesablı qələbə ilə növbəti mövsüm La Liqada iştirak hüququ qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Levante" pley-offda "Albasate"ni üstələyərək (1:1, 2:0) elitaya yüksəlib. 


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır