Baraxa ilə müqavilə uzadıldı

Baraxa ilə müqavilə uzadıldı
DÜNYA FUTBOLU 15 İyun 2023 / 18:26 1441
-  A +

"Valensiya" baş məşqçisi Ruben Baraxa ilə müqavilə müddətini uzadıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadəkdir.

Qeyd edək ki, "Valensiya" və İspaniya millisinin sabiq üzvü bu ilin fevral ayından komandanı çalışdırır. "Valensiya" La Liqada başa çatan mövsümü 42 xalla 16-cı pillədə tamamlayıb.


Son xəbərlər