Modriç Pereslə görüşmək istəyir

Modriç Pereslə görüşmək istəyir
DÜNYA FUTBOLU 15 İyun 2023 / 15:26 1881
-  A +

"Real"ın futbolçusu Luka Modriç  gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.

Qol.az "TodoFichaes"ə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid təmsilçisinin prezidenti Florentino Peres və klub direktorları ilə görüş istəyib. Görüş gələn həftə olacaq. Luka yəqin ki, "Əl-Hilal"ın təklifi (üç il ərzində 200 milyon avro) haqqında danışacaq və onun Səudiyyə Ərəbistanına getməli, yoxsa daha bir mövsüm Madriddə qalacağına qərar verəcək.  

Qeyd edək ki, Modriç 11 ildir (2012-ci ildən) "Real"da çıxış edir.


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır