Levandovski Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Levandovski Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DÜNYA FUTBOLU 12 İyun 2023 / 20:51 2270
-  A +

"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı klubuna keçmək niyyətində deyil.

Qol.az xəbər verir ki, bu barədə o, "Mundo Deportivo"ya açıqlamasında deyib: “Mənim üçün bu məsələyə heç baxılmır. Üstəlik, "Barselona" ilə müqaviləm hələ bir müddət qüvvədədir. Ərəb futbolunda baş verənləri görürəm, amma başqa prioritetlərim olduğu üçün bu, məni maraqlandırmır”.

Qeyd edək ki, Levanovski 2022/2023 La Liqada 34 oyuna çıxıb, 23 qol vurub və 7 qolun ötürməsini verib. 


Son xəbərlər