Azərbaycanda oynamış tanınmış futbolçu D seriyasında

Azərbaycanda oynamış tanınmış futbolçu D seriyasında
DÜNYA FUTBOLU 12 İyun 2023 / 16:52 3742
-  A +

Azərbaycanda "Neftçi", "Xəzər Lənkəran" və "Keşlə" (indiki “Şamaxı”) klublarında oynamış Denis Silva Kruzun yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi "Nasional"da çıxış edəcək. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu D seriyası təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Braziliyada D seriyası səviyyəcə 4-cü liqadır.

Qeyd edək ki, Denis Silva 2019-ci ilin yayında "Keşlə"dən ayrıldıqdan sonra ölkəsində "Sao Kaetano”, “Rio Branko” klublarında da oynayıb.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner