Çalımbay "Sivasspor"dan ayrıldı

Çalımbay "Sivasspor"dan ayrıldı
DÜNYA FUTBOLU 9 İyun 2023 / 11:28 1267
-  A +

Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay komandadan ayrılıb.

Qol.az xəbər verir ki, o, bu qərarını Superliqanın 2022/23 mövsümünün sonuncu – 38-ci turunda “Kayserispor”la ev oyunundan (1:1) sonrakı mətbuat konfransında açıqlayıb.

60 yaşlı mütəxəssin klubla başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Çalımbay 2010-2013-cü illər aralığında da “Sivasspor”u çalışdırıb. "Sivasspor" ötən mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub.


Son xəbərlər