Superliqaya vəsiqə qazanan son klub bəlli oldu

Superliqaya vəsiqə qazanan son klub bəlli oldu
DÜNYA FUTBOLU 9 İyun 2023 / 09:00 4048
-  A +

Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu komanda bəlli olub.

Qol.az xəbər verir ki, elitaya vəsiqə uğrunda "Pendikspor" və "Bodrumspor" komandaları pley-off-da üz-üzə gəlib. "Pendikspor" 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Superliqaya vəsiqə qazanıb.

İstanbulu təmsil edən "Pendikspor" 1950-ci ildə yaradılsa da, 1-ci liqada ilk dəfə bu mövsüm oynayıb. Yəni komanda ilk cəhdində Superliqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha əvvəl "Rizəspor" və "Samsunspor" da Superliqaya vəsiqəni təmin etmişdi.


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki