Petr Çexin yeni klubu

Petr Çexin yeni klubu
DÜNYA FUTBOLU 9 İyun 2023 / 03:27 3966
-  A +

Petr Çex İngiltərənin "Oksford" xokkey klubu ilə müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.Bu, “Çelsi” və “Arsenal”ın keçmiş qapıçısının xokkey karyerasında 3-cü klubdur. Bundan əvvəl Petr Çex "Qilford Feniks" və "Çelmsford" klublarında çıxış edib.

2021/22 mövsümündə çexiyalı qolkiper NIHL liqasının birinci divizionunda "Çelmsford"da çıxış edib. O, komandanın heyətində 11 oyuna çıxıb və 6 qələbə qazanıb. Orta hesabla 3,89 qol buraxıb və zərbələrin 90,3 faizini dəf edib.
 


Son xəbərlər