"Liverpul" dünya çempionunu transfer etdi

"Liverpul" dünya çempionunu transfer etdi
DÜNYA FUTBOLU 8 İyun 2023 / 15:13 2718
-  A +

"Liverpul" "Brayton"un futbolçusu Aleksis Mak Allisteri transfer edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. O, yeni klubunda 10 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, Aleksis 2022/2023 mövsümündə "Brayton"da 40 oyunda 12 qol vurub və 3 qolun ötürməsini verib. O, ötən ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu olub.


Son xəbərlər