Medianın İnkişafı Agentliyinin layihəsi
Mayın 28-də Misli Premyer Liqasında 2022/23 mövsümünə yekun vuruldu. Əvvəlki bir neçə mövsümdən fərqli olaraq, bu dəfə Premyer Liada 8 yox, 10 komanda mübarizə apardı. "Qarabağ"ın çempionluq qazandığı turnirin sonuncusu "Şamaxı" oldu.
Bəs, ümumilikdə çempionatımızın 2022/23 mövsümü nə ilə yadda qaldı? Bu mövsüm növbəti illər üçün nə vəd edir?
Bu mövzu haqda futbol mütəxəssislərinin fikirlərini öyrəndik.
AFFA-nın Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadov 2022/23 mövsümünün əvvəlki mövsümlərə nisbətən daha maraqlı keçdiyini vurğulayıb: "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya gəlişindən sonra həyəcan daha da artdı. Bölgələrimizdə stadionun tutumu 6-7 min nəfərlikdirsə və 4-5 min azarkeş gəlirsə, bu, çox yaxşı göstəricidir. Deməli, futbola sevgi var. Çempionatda 10 komandanın iştirak etməsi yarışa bir başqa rəng qatdı. Çempionluq uğrunda mübarizə bir az zəif oldu. Əsasən də "Neftçi" tərəfindən. Amma 3-cü-4-cü yerlər uğrunda gərgin mübarizə getdi. Çünki 4-cü yer Konfrans Liqasında vəsiqə verir".
Mircavadov vurğulayıb ki, çempionatımızda 12 komanda iştirak edərsə, mübarizə daha gərgin və maraqlı keçəcək: "Premyer Liqada 12 komanda olsaydı, daha yaxşı olardı, inkişaf da gedərdi. Bölgələrimizdə futbolçular var, amma onların inkişafı üçün komandalar lazımdır. Akademiyalar pis-yaxşı çalışırlar. Amma sonra həmin futbolçular itirlər. Çünki klubların sayı azdır. Çox qəribə haldır ki, heç bir futbolçu Birinci divizionda oynamaq istəmir. Bu, çox düşündürücü haldır. Hazırda Məşqçilər Komitəsi olaraq bizim verdiyimiz layihə qəbul olundu, əvəzedici heyətlərlə aşağı liqanı ayırdıq. Hərəsi öz çempionatında oynayacaqlar. Belə bir sual var ki, çempionatlar niyə keçirilir. 1-ci məsələ budur ki, milliyə futbolçu yetişsin. Çempionatımızda gərgin oyunlar olur. Amma onların sayı azdır. Məsələn, mövzüm ərzində 10 gərgin, yaddaqalan matç olur. Amma mən istəyərdim ki, onların sayı 25-ə yüksəlsin. Belə olan halda məşqçi də, futbolçu da oyuna yaxşı hazırlaşır, məşq prosesi dərinləşir, inkişaf gedir. Bu, əsas amildir. Hətta mən istərdim ki, çempionluğa görə 1-2 komanda yox, 10 il əvvəlki kimi, 6-7 komanda mübarizə aparsın. Bu, bizim TOP komandalarımıza güc verəcək. Xüsusən də "Qarabağ"a. Hiss olunur ki, onların yüksək səviyyəli futbolçuları var. "Qarabağ" Avropaya meyillidir. Bu da başadüşüləndir. Lakin çempionatda gərinlik olsa, komanda daha da inkişaf edər. Futbolun qaydası var də. Bir futbolçu ildə heç olmasa, 60-62 oyun keçirməlidir. Bizdə isə belə deyil. Ola bilər ki, "Qarabağ"ın bəzi futbolçuları 50 oyun keçirər. Amma minimum 60 olmalıdır. "Qarabağ"a da kömək yoxdur. Mübarizə aparmaq lazımdır. Avropaya hazırlaşırlar, bu haqda heç nə demək olmaz".
A.Mircavadov mövzu haqqında danışarkən bölgələrdə infrastrukturun zəif olmasına və süni ot örtüklü meydançalarda keçirilməsinə də toxunub: "Digər məsələ isə süni örtükdə oynamaqdır. Bu, başbaşqa bir şeydir. Bu, mənim də başıma gəlib. Təbii otdan süni örtüyə keçəndə futbolçular çox əziyyət çəkirlər. Bunu məşq prosesində də hiss edirdim. Biz bu haqda çox danışmışıq. Bilirsiniz, suni ot örtüklü meydançaya baxmaq daha asandır. Təbii ot örtüyünün işləmə qaydası var. Gündə bir neçə saat, həftədə bir neçə gün istifadə etmək olar. Amma süni ot örtüyünü səhərdən axşama qədər istifadə etmək olar. Belə şeylər var. Bu, oyunçu, məşqçi artımına təkan vermir. Amma yenə də builki çempionatda əvvəlkilərə nisbətən gərinlik oldu".
Mircavadov qeyd edib ki, Premyer Liqada rəqabətin artmasının əsas səbəblərindən biri "Sabah"ın güclənməsi olub: "İlk səbəb isə "Sabah"ın oyunu idi. "Sabah" əsl mübarizə apardı. Murad Musayev komandaya baş məşqçi təyin olunandan sonra orada məşq prosesi dəyişdi. Mən Rusiya məşq sistemini bilirəm. Çünki özüm SSRİ dövründə 2 il Moskvada oxumuşam. "Sabah" o sistemlə işləyir və uğur da qazanır. "Sabah"ın oyunu doğrudan da çox yaxşı alınır. Hətta orada azərbaycanlı futbolçular da oynayırlar. Klub inkişaf edirsə, gərək bu futbolçular da inkişaf edələr. İndi biz "Sabah"ın oyununu avrokuboklarda görəcəyik. İstərdim ki, həm "Sabah", həm "Neftçi", həm "Qəbələ" Konfrans Liqasında qrup məsələsində mübarizə aparsın. Məsələ təkcə oynamaq deyil. Oynayıb qələbə qazanmaq və qrup mərhələsinə düşmək lazımdır. "Qarabağ" necə inkişaf etdi? Hər il qrup mərhələsinə düşdü, büdcəsi artdı, transferlər etdi. Azərbaycana futbolçu gətirmək çox çətindir. Bəs, niyə "Qarabağ"a transfer olunmağı istəyirlər? Çünki "Qarabağ" dalbadal 9 ildir ki, Avropada oynayır. Bu, futbolçular üçün Avropanın TOP klublarına keçmək fürsətidir. Məsələn, Kadi Borges "Krasnodar"a transfer olundu. Futbolun böyük bir hissəsi də biznesdir. Biz gərək, bunun üzərində işləyək. Hal-hazırda bu, Azərbaycan çempionatında çətin məsələdir. Əgər 12 komanda mübarizə aparsa, gərginlik daha da artar".
Mütəxəssisin sözlərinə görə "Turan Tovuz" və "Kəpəz" də Premyer Liqaya yeni qoşulmalarına baxmayaraq, rəqabət və maraq yarada biliblər: "Turan Tovuz" və "Kəpəz" Premyer Liqaya rəng qatdı. Elə bir-birlərinə qarşı da matçları maraqlı alınırdı. Hətta "Qarabağ", "Neftçi" və "Sabah"a qarşı da yaxşı mübarizə aparırdılar. Bu, faktdır. Birinci diviziondan gələn klublar bir az hazır vəziyyətdə olmalıdırlar. Yəni, həm infrastrukturları olmalıdır, həm də bir az "bişmiş" futbolçuları. Yenə deyirəm, bu mövsüm çempionat əvvəlkilərə nisbətən çox maraqlı keçdi".
Digər futbol mütəxəssisi Bəxtiyar Musayev də 2022/23 mövsümünün daha maraqlı keçdiyni düşünür: "Fikrimcə, bu mövsüm daha maraqlı və rəqabətli oldu. Xüsusən də aşağı yerlərdə gedən komanalar arasında mübarizə getdi. "Sabah" çempionluq üçün bir az müqavimət göstərirdi. Amma təəssüf ki, rəqabət kifayət qədər olmadı. Əvvəlki mövsümlərə baxanda isə Premyer Liqa nisbətən daha maraqlı keçdi".
Musayev iştirakçı komandalar adına mövsümü belə dəyərləndirib: "Qarabağ" layiqli qələbələrini qazanırdı, "Sabah"la xal fərqinin azalmasına imkan vermirdi. "Sabah"ı "Qarabağ" kimi komandaya qarşı çempionluq uğrunda rəqib görmürəm. Sonda olan komandalar arasında isə amansız mübarizə getdi. "Sumqayıt" sona 1 tur qalmış qurtuldu. "Səbail" və "Şamaxı" axırıncı turda hər şeyi müəyyənləşdirdilər. "Qəbələ" stabil çıxış etdi, Konfrans Liqasına vəsiqə qazandı. Onları təbrik edirəm. Hamı həmişə "Neftçi"dən çempionluq gözləyir. Amma onlar nəinki çempionluğu, hətta 2-ci yer uğrunda mübarizəni də həm oyun, həm də xal baxımından "Sabah"a uduzdular. "Sabah"da ötən ildən inkiişaf var idi. Bu il isə tam stabil oynamaqları yaxşı mənada sürpriz oldu. "Zirə" Konfrans Liqasına düşmək üçün sonadək mübarizə apardı. Xalların bərabər olması da buna bir sübutdur. Lakin yenə də Konfrans Liqasına vəsiqə qazana bilmədilər. "Turan Tovuz" da sübut etdi ki, Premyer Liqaya təsadüfi vəsiqə qazanmayıb. 3-cü dövrədə müəyyən uğursuzluqları oldu, amma 4-cü dövrədə özlərini toparladılar. "Kəpəz"də qeyri-müəyyənliklər var idi, ilk dövrədə məşqçi dəyişikləri oldu. Onların da vəzifələri Premyer Liqada qalmaq idi. Komanda bunun öhdəsindən gəldi. "Səbail" 9-cu oldu. Mən büdcə baxımından onlardan qat-qat artığını gözləyirdim. "Səbail" Avropaya vəsiqə qazanan komandaların sırasında olmalı idi. 9-cu yer normal sponsoru olan klub üçün fiasko sayılmalıdır. Ümid edirəm ki, növbəti mövsüm hər şeydən nəticə çıxararaq medallar uğrunda oynayacaqlar. "Səbail" öz şəraiti ilə buna borcludur".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
Çempionlar Liqasında daha 6 oyun
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı