Zaman tez keçir. İllərini klub fəaliyyətinə həsr etmiş, futbolumuzda dövlət qayğısının təmin olunmasında müstəsna xidmətləri olmuş, futbol idarəçiliyində böyük təcrübəyə sahib Yaşar Seyidovun bu gün 60 illik yubileyidir!
Yaşar müəllim "Dinamo" Bakıya rəhbərlik etdiyi dövrlərdən özünü bacarıqlı klub idarəçisi kimi göstərməyi bacarıb. O dövrdə AFFA ilə qarşıdurmada olan, qarşısına hər dəfə süni səddlər çəkilən, Azərbaycanın ən istedadlı məşqçilərindən biri olmuş, peşəkarlığı ilə yanaşı prinsipiallığı ilə seçilən Ruslan Abdullayevlə işbirliyindən çəkinmirdi.
Klubla fəaliyyəti ilə yanaşı Azərbaycan futbolunun problemləri ilə yaxından maraqlanan Yaşar Seyidov AFFA Icraiyyə Komitəsinin üzvlüyünə kimi yüksəlmişdi. Ölkə futbolunda baş verən problemləri komitədə çəkinmədən dilə gətirirdi.
"Dinamo"nun "Bakı" klubu ilə birləşməsi Yaşar Seyidovun futbol fəaliyyətində yeni era başlatdı. Klub quruculuğunun, strategiyasının müəyyənləşməsi, infrastruktur layihələri, uşaq futbolundan tutmuş əsas komandaya kimi ardıcıllıq böyük zəhmət, əmək tələb edirdi.

Klub sponsorları, rəhbərləri ilə birgə qısa vaxtda gələcəyə hesablanan təməl prinsiplərinə uyğun bünövrə işləri görüldü. Bu baxımdan Yaşar Seyidovun bacarığı, futbol qanunlarına söykənən təcrübəsi yerinə düşürdü və xidmətlərini əsirgəmirdi.
Yaşar müəllimin futbol strategiyası gələcəyə hesablanırdı. "Bakı" klubunda uşaq futboluna diqqətin, qayğının göstərilməsi, akademiyanın yaradılması, şəraitin qurulması, təcrübəli funksionerin məsləhətləri ilə həyata keçirilirdi.
Yaşar Seyidovun sayəsində "Bakı" klubu "Sabahın ulduzları" uşaq futbol layihəsinin bir nömrəli dəstəkçilərindən biri idi. Futbol fəlsəfəsini dərindən bilən Yaşar müəllim, yarışların mahiyyətini gözəl anlayırdı və sabahın futbolçularının yetişməsinin mütləq faktor olduğunu ruhu ilə dərk edirdi.
Bu gün üzdə olan futbolçuların bir çoxunun "Bakı"nın yetirmələri olduğu təsadüfi deyil. Təəssüf ki, görülən işlər nəinki yarımçıq qaldı, min əziyyətlə, böyük vəsaitlər hesabına ərsəyə gəlmiş stadion/baza/akademiya yerlə bir edildi, Azərbaycan futboluna sağalmaz zərbə vuruldu.

Bu gün də Yaşar Seyidov məhdud imkanlarla ölkə futbol gəncliyinə töhfələrini verməkdə davam edir. Baxmayaraq ki, Yaşar müəllimin təcrübəsindən daha geniş, Azərbaycan futbolu miqyasında istifadə olunmalıdır. Bunun üçünsə ölkə futbol təsərrüfatında münbit, sağlam mühitin yaradılması mütləqdir!
Yaşar Seyidov eyni zamanda gözəl ailə başçısıdır. Oğlu, yaxın keçmişin futbolçusu Valeh Seyidov 44 günlük haqq savaşında torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi, Vətənə borcunu sədaqətlə yerinə yetirdi. Heç şübhəsiz, bu, ailədə aldığı tərbiyyənin, xalqa, dövlətə, dövlətçiliyə bağlı olmağının bariz nümunəsi idi.
Yaşar Seyidova 60 illik yubileyində cansağlığı, uğurlar arzulamaqla yanaşı, gənclik ruhu ilə yorulmadan Azərbaycan futboluna xidmət etməyi, müvafiq qurumların təcrübəli funksionerin əməyindən layiqincə yararlanmağı arzu edirəm!
Daha böyük yubileylər diləyi ilə...
Tahir Süleymanov
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi